Almaniya artıq Rusiya ilə əməkdaşlıq etmir - Kansler
“Almaniya artıq Rusiya ilə əməkdaşlıq etmir və yeni reallığa tez uyğunlaşa bildi”.
Redaktor.az xəbər verir ki, bunu Almaniya kansleri Olaf Şolts bəyan edib.
“24 fevral 2022-ci ildə biz dövr dəyişikliyi ilə üzləşdik və Almaniya bu yeni reallığa tez uyğunlaşdı. Artıq Rusiya ilə əməkdaşlıq etmədiyimiz reallıdır”-deyə, o bəyan edib.
Almaniya kansleri vurğulayıb ki, ölkə artıq Rusiya qazı, nefti və kömüründən asılı deyil.
Onun sözlərinə görə, ölkə bir neçə ay ərzində enerji sektorunu transformasiya edə bilib, lakin iqtisadiyyatın birtərəfli asılılığının azaldılması istiqamətində işləri davam edir.