Rusiyada yanğında 3 uşaq öldü

 13:35 29.01.2023     252

Rusiyanın Krasnodar diyarında baş verən yanğında üç azyaşlı ölüb.

Redaktor.az xarici məybuata istinadən xəbər verir ki, hadisə Oktyabrski kəndində yerləşən fərdi yaşayış evində baş verib.

Qeyd olunub ki, yanğın yerinin kəşfiyyatı zamanı 3 azyaşlı uşağın meyiti tapılıb. Onların anası, eləcə də 7 və 12 yaşlı qız uşaqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya çatdırılıb.

Faktla bağlı Rusiya Cinayət Məcəlləsinin 109-cu maddəsi (ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olduqda) ilə cinayət işi açılıb.