Ukrayna Almaniyadan sualtı qayıq istəyir
Ukrayna Almaniyadan sualtı qayıqların tədarükünü istəyir.
Redaktor.az xəbər verir ki, bu barədə Ukrayna XİN başçısının müavini Andrey Melnik tviter səhifəsində yazıb.
O, Almaniyaya "HDW 212A" markalı sualtı qayıqlarının Kiyevə verilməsini təklif edib. Hələlik rəsmi Berlindən bu təklifə reaksiya verilməyib.
Qeyd edək ki, bu yaxınlarda Almaniya hökuməti Ukraynaya "Leopard" tanklarının tədarükü barədə qərar qəbul edib.