Zelenski 185 şəxs barədə qərarını açıqladı

 14:24 29.01.2023     336

Ukrayna prezidenti Volodimir Zelenski 185 hüquqi və fiziki şəxs barədə sanksiya qərarını təsdiqləyib.

Redaktor.az "NEXTA"ya istinadə xəbər verir ki, sanksiyalar bu gündən qüvvəyə minib.

Bildirilib ki, Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının Rusiya Federasiyasına silah və hərbçilərin daşınmasına köməklik edən 185 hüquqi və fiziki şəxsə qarşı sanksiyalar barədə qərarı rəsmi şəkildə təsdiqlənib.

Qeyd edək ki, Ukrayna bundan əvvəl də Rusiya tərəfdarlarına qarşı sanksiyalar tətbiq etmişdi.