Daha bir ölkədə terror - Naziri öldürdülər

 14:39 29.01.2023     486

Somalinin Qalmuduq ştatının Nəqliyyat və Aviasiya Departamentinin (nazir - Red) rəhbəri Farhio Abdi Vasuqe terrorçular təfərindən öldürülüb .

Redaktor.az xəbər verir ki, bu barədə Somalinin “Garove” xəbər portalı məlumat yayıb.

Qeyd olunub ki, “Əş-Şəbab” terror qruplaşmasının üzvləri nazirə hücumu yanvarın 28-də Moqadişuda, xüsusi mühafizə olunan şəhər ərazisində olarkən törədiblər.

Nazir hücum nəticəsində həyatını itirib.