Mədrəsə şagirdlərinin olduğu qayıq çevrildi - Ölənlər var

 15:40 29.01.2023     341

Pakistanda mədrəsə şagirdlərinin olduğu qayıq çevrilib, 11 uşaq ölüb.

Redaktor.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Xayber-Paxtunxva əyalətinin Kohat rayonunda qeydə alınıb.

Daha 8 nəfər itkin düşüb. Polis dalğıclar tərəfindən xilas edilən 6 uşağın vəziyyətinin ağır olduğunu bildirib.

Axtarış-xilasetmə işləri davam edir.