Fransanı etiraz dalğası bürüdü
Fransada pensiya islahatı ilə bağlı etirazlar davam edir.
Modern.az xarici mətbuata istinadən xəbər verir ki, həmkarlar ittifaqı təşkilatları əhalini tətillərə və kütləvi aksiyalara qoşulmağa çağırıb.
Məlumata görə, eyni vaxtda 200-dən çox aksiya təyin olunub. İnsanlar hökumətin növbəti illərdə pensiya yaşının artırılması bağlı qərarına yenidən baxmağı tələb edirlər.
Qeyd edək ki, Fransada pensiya yaşının 7 il ərzində 64-ə çatdırılması nəzərdə tutulub.