Əs-Sisi İrəvanla Bakı arasında vasitəçi olmağa hazırdır
“Misir münasibətlərin normallaşması üçün Ermənistan və Azərbaycan arasında vasitəçi olmağa hazırdır”.
Redaktor.az xəbər verir ki, bunu Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah Əs-Sisi İrəvanda Ermənistan prezidenti Vaaqn Xaçaturyanla görüşündə deyib.
“Sizinlə söhbət zamanı qeyd etdim ki, bizim Ermənistan-Azərbaycan münaqişəsi məsələsində neytral mövqeyimiz var. Bu mənada, əgər siz bizim vasitəçiliyimizi qəbul edirsinizsə və bizim vasitəçilik etməyimizi və ya belə bir rolu üzərimizə götürməyimizi istəyirsinizsə, biz hazırıq” – deyə, o bildirib.