İranda yenə zəlzələ oldu - YENİLƏNİB
Yerli vaxtla saat 20:38-də Naxçıvan stansiyasında 89 km cənub-qərbdə, İranın Xoy şəhərində yenə zəlzələ qeydə alınıb, zəlzələ sərhəddə yaxın ərazilərdə 3 bala qədər hiss olunub.
Bu barədə Redaktor.az Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən xəbər verir.
Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, təbii hadisə 4,4 maqnitudada qeydə alınıb. Zəlzələ ocağı 2 kilometr dərinlikdə yerləşib.
***
Yanvarın 29-da İranda yenidən zəlzələ olub.
Redaktor.az xəbər verir ki, zəlzələ Xoy şəhərindən 22 kilometr cənubda, 10 kilometr dərinlikdə qeydə alınıb.
5,0 bal gücündə baş verən zəlzələ Ermənistanda da hiss olunub.
Qeyd edək ki, ötən gün İranda baş vermiş zəlzələ nəticəsində minə yaxın adam xəsarət alıb.