Ukraynalılar ingilis tanklarında təlimə başladılar

 20:18 29.01.2023     252

Ukrayna ordusunun tank ekipajları "Challenger 2" tanklarında təlim keçmək üçün Britaniyaya gedib.

Redaktor.az xəbər verir ki, bu barədə Britaniya Müdafiə Nazirliyi məlumat yayıb.

“Ukraynalı tank ekipajları təlimlərə başlamaq üçün Böyük Britaniyaya gəliblər... Böyük Britaniya dünya üzrə tərəfdaş ölkələrlə paralel olaraq Ukraynanı “Challenger 2” tankları ilə təmin edəcək”, - nazirlik "Twitter"də bildirib.

Qeyd edək ki, Britaniya baş naziri Rişi Sunak Ukraynaya 14 ədəd tank təhvil verəcəyini açıqlayıb.