Ruslar yenə Xersonu atəşə tutdu - Ölənlər var
Rusiyanın Xerson vilayətini atəşə tutması nəticəsində azı 3 nəfər həlak olub.
Redaktor.az xəbər verir ki, bu barədə Xerson hərbi idarəsinin mətbuat xidmətinin rəhbəri Aleksandr Tolokonnikov bildirib.
Sözçü əlavə edib ki, yaralıların sayı 5-ə çatıb, onlar xəstəxanaya yerləşdirilib.
Məlumata görə, zərbə nəticəsində regional klinik xəstəxana, məktəb, avtovağzal, poçt şöbəsi, bank və yaşayış binalarına ziyan dəyib.