Molla rejimi zəlzələdən əziyyət çəkən azərbaycanlılara yardım etmir
İran hakimiyyəti zəlzələdən zərər çəkən azərbaycanlılara sahib çıxmır.
Redaktor.az xəbər verir ki, bu barədə “Azad İran” teleqram kanalında məlumat yayılıb.
Zəlzələdən zərərçəkənlər şaxtalı havada küçədə qalıblar.
Qeyd edək ki, dünən Güney Azərbaycanın Xoy şəhərində 5,9 bal gücündə zəlzələ baş verib. Zəlzələ nəticəsində ən azı iki nəfər ölüb, daha 440 nəfər xəsarət alıb, çoxlu sayda evlər dağılıb.