Ukrayna silahlarını təmir etmək üçün gizli sex yaradıldı 

 23:58 29.01.2023     371

Ukraynada döyüşlərdə zədələnən artilleriya və zirehli texnikanın təmiri üçün Polşada gizli sex yaradılıb.

Redaktor.az xəbər verir ki, bu barədə "The Wall Street Journal" nəşri yazıb.

Bildirilir ki, təmir sexi futbol meydançası ölçüsündədir. Burada təmir olunan texnikalar yenidən Ukraynadakı döyüş meydanına qaytarılır. Sexdə mühəndislər təmir üçün gecə-gündüz işləyir.

Zavodda Polşanın özünün istehsal etdiyi "Krab" özüyeriyən artilleriya qurğuları da daxil olmaqla bir çox sistemin təmir edildiyi bildirilir.