"Putin məni raketlə hədələdi" - Conson

 09:44 30.01.2023     445

Rusiya Prezidenti Vladimir Putin Britaniyanı raket hücumu ilə hədələyib. 

Redaktor.az BBC-yə istinadla xəbər verir ki, bunu Böyük Britaniyanın keçmiş Baş naziri Boris Conson deyib. Onun sözlərinə görə,  Vladimir Putin bu barədə Rusiyanın Ukraynaya müdaxiləsindən əvvəl telefon danışığında bildirib.

Conson Putinə xəbərdarlıq edib ki, Ukraynaya müdaxilə Qərbin sanksiyalarına və Rusiya sərhədlərində daha çox NATO əsgərinə səbəb olacaq. Keçmiş Baş nazirin açıqlamalarına görə, Putin Böyük Britaniyanın çağırışına mənfi cavab verib:

"Bir anda o, məni hədələdi və şən bir şəkildə dedi: "Boris, səni incitmək istəmirəm, ancaq raketlə bir dəqiqə çəkəcək..." ", - deyə Conson qeyd edib.

Nərmin VÜQARQIZI