"ABŞ-ın İrana hücumla əlaqəsi yoxdur" - Pentaqon

 10:24 30.01.2023     364

"İrana hava hücumları ilə ABŞ-ın heç bir əlaqəsi yoxdur". 

Redaktor.az "Reuters"ə istinadla xəbər verir ki, bu barədə Pentaqonun sözçüsü Patrik Rayder məlumat verib. 

O, ABŞ ordusunun İrana qarşı hücumlarda iştirak etmədiyini desə də, əlavə şərh verməkdən imtina edib.

Adları açıqlanmayan bir neçə ABŞ rəsmisi də bildirib ki, ABŞ-ın İranın İsfahan şəhərində hərbi zavoda PUA hücumu ilə heç bir əlaqəsi yoxdur. 

Xatırladaq ki, "Al-Arabiya" televiziyası isə Amerika mənbələrinə istinadən məlumat verib ki, İsfahandakı hərbi fabrikə hücumda ABŞ Hərbi Hava Qüvvələri iştirak etmiş ola bilər.

Nərmin VÜQARQIZI