"Rusiyalı idmançılar Olimpiadaya buraxıla bilməz" - Zelenski
"Rusiyanın 2024-cü ildə Parisdə keçiriləcək Olimpiadada iştirakına icazə verilməsi terrorun bir növ məqbul olduğunu göstərmək deməkdir".
Redaktor.az "BBC"ə istinadla xəbər verir ki, bunu Ukrayna prezidenti Vladimir Zelenski videomüraciətində deyib.
O, məsələni Fransa prezidenti Emmanuel Makronqarşısında qaldırdığını da bildirib.
"Moskvanın Olimpiadadan təbliğat üçün istifadəsinə icazə verilməməlidir",-deyə o əlavə edib.
Beynəlxalq Olimpiya Komitəsi (BOK) Rusiya və Belarus idmançılarının Olimpiadada bitərəf kimi iştirak edə biləcəyini bildirib.
Lakin Ukrayna Rusiya və Belarus idmançılarının yarışmasına icazə verilərsə, Paris 2024-ü boykot edəcəyi ilə hədələyib.
Həmidə İbrahimova