"Koronavirus dalğası, sona çatdı" - Çin həkimləri

 11:31 30.01.2023     367

Çində COVID-19-un  kütləvi yayılması demək olar ki, başa çatıb.

Redaktor.az "TASS"a istinadla xəbər verir ki, bu barədə Çin Xəstəliklərə Nəzarət Mərkəzi bazar ertəsi həftəlik hesabatında bildirib.

"COVID-19 infeksiyasının hazırkı dalğası sona çatmaq üzrədir",- hesabatda deyilir.

Məlumata görə, epidemiyanın intensivliyi ümumilikdə yanvarın sonuna kimi aşağı səviyyəyə düşüb və tibb müəssisələrinin iş yükü azalıb.

Çinin bütün bölgələrində daha az yoluxma müşahidə olunub.

Hesabatda deyilir ki, ağır xəstəlik, xəstəxanaya yerləşdirmə və ölüm hallarının sayı azalmaqda davam edir.

Həmidə İbrahimova