Terrorçular ad gününü qana boyadılar

 11:51 30.01.2023     315

Cənubi Afrikanın Şərqi Keyp əyalətində ad günü şənliyində kütləvi atışma nəticəsində 8 nəfər ölüb, 3 nəfər isə yaralanıb.

Redaktor.az "Reuters"ə istinadla xəbər verir ki, polis qatillərin tapılması üçün axtarış aparır.

Məlumata görə, kütləvi atışma iki terrorçu tərəfindən həyata keçirilib.

Polis qurbanların adlarını açıqlamasa da, onların arasında ev sahibinin də olduğunu təsdiqləyib.

Həmidə İbrahimova