"ABŞ-ın Çin müəssisələrinin maraqlarını necə pozmasına sakitcə baxmayacağıq"

 12:03 30.01.2023     348

Çin hakimiyyəti boş qalmayacaq və Ukraynaya görə ABŞ-ın onlara qarşı sanksiyalar tətbiq edəcəyi təqdirdə Çin şirkətlərini qorumaq niyyətindədir.

Redaktor.az TASS-a istinadla xəbər verir ki, bu barədə bazar ertəsi Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mao Ninq bildirib.

"Birləşmiş Ştatlar Çinə qarşı daim əsassız ittihamlar irəli sürür. Biz faktlara əsaslanmayan bu cür hücumları qəbul etmirik və Vaşinqtonun heç bir rasional əsas olmadan Çin müəssisələrinin maraqlarını necə pozmasına sakitcə baxmayacağıq", - deyə o, brifinqdə ABŞ-ın Ukraynaya görə Rusiyaya qarşı sanksiyalarına əməl etməyən Çin şirkətlərinə qarşı ABŞ-ın mümkün əks tədbirləri barədə məlumatları şərh edərkən vurğulayıb.

Turan İSMAYIL