İran maşınları Suriya və İraq sərhədində hücuma məruz qaldı

 12:13 30.01.2023     369

Suriyaya ərzaq yardımı aparan bir qrup İran yük maşını bazar günü axşam saatlarında Suriya və İraq sərhədi yaxınlığında Əbu Kamalda atəşə tutulub.

Redaktor.az "TASS"a istinadla xəbər verir ki, hücumun yalnız maddi ziyana səbəb olduğu qeyd edilir.

Məlumata görə, qrupda 25 yük maşını olub və ilk dörd maşın sərhədi keçə bilib.

Üç yük maşınından ibarət ikinci qrup sərhəd keçidinə yaxınlaşarkən naməlum hücumçular atəş açıb.

Qeyd olunur ki, bəzi mənbələr xəsarətlərin olduğunu və hadisə yerinə təcili tibbi yardım maşınlarının gəldiyini bildirib. 

Həmidə İbrahimova