İstanbulda qaz sammiti keçiriləcək
Türkiyə fevralın 14-15-də İstanbul Qaz Sammitini keçirəcək və burada Avropa dövlətləri arasından ölkələrin - qaz istehsalçıları və istehlakçılarının nümayəndələrini dəvət etməyi planlaşdırır.
Redaktor.az yerli mediaya istinadla xəbər verir ki, bunu bazar ertəsi Türkiyənin energetika və təbii sərvətlər naziri Fatih Dönməz İstanbulda “Türkiyənin enerji əsri” forumunda çıxışı zamanı deyib.
"Türkiyə tezliklə qaz ticarəti üçün böyük supermarketə çevriləcək. Bununla əlaqədar fevralın 14-15-də İstanbul Qaz Sammiti keçirəcəyik. Orada biz Yaxın Şərqdən, Xəzəryanı ölkələrdən, Mərkəzi Asiya və Avropadan istehsalçıları bir araya gətirəcəyik" - deyə o bildirib.
Turan İSMAYIL