Pakistanda partladılan məsciddə təlafatın miqyası artır - 59 ölü, 157 yaralı - YENİLƏNİB

 22:11 30.01.2023     934

Pakistanın Peşavar şəhərində məsciddə baş verən partlayış nəticəsində ölənlərin sayı 59-a çatıb.

Redaktor.az xəbər verir ki, bu barədə "Dawn" qəzeti məlumat yayıb.

Daha 157 nəfərin yaralandığı qeyd edilir. Qəzet yazır ki, dağıntılar altında insanlar qala biləcəyi üçün terror partlayışı baş verən yerdə xilasetmə əməliyyatı aparılır.

Geo TV-nin məlumatına görə, “Tehreek-e-Taliban Pakistan” hücuma görə məsuliyyəti öz üzərinə götürüb.

***

Pakistanın Pişəvar şəhərində məsciddə baş verən partlayış nəticəsində ölənlərin sayı 44-ə çatıb.

Redaktor.az xəbər verir ki, bu barədə "Dawn" qəzeti məlumat yayıb.

Daha 157 nəfərin yaralandığı qeyd edilir. Qəzet yazır ki, dağıntılar altında insanlar qala biləcəyi üçün terror partlayışı baş verən yerdə xilasetmə əməliyyatı aparılır.

Geo TV-nin məlumatına görə, “Tehreek-e-Taliban Pakistan” hücuma görə məsuliyyəti öz üzərinə götürüb.

***

Pakistanın Pişəvər şəhərində məsciddə törədilən partlayış nəticəsində ölənlərin sayı 32 nəfərə çatıb. 

Redaktor.az xəbər verir ki, bu barədə yerli “Geo TV” telekanalı məlumat yayıb. 

Hadisə zamanı ərazidə 500-ə yaxın adam olduğu bildirilib.

***

Pakistanın Pişəvər şəhərində polis əməkdaşları da daxil olmaqla 28 nəfər ölüb, 150-dən çox insan yaralanıb.

Redaktor.az "Haber Global"a istinadla xəbər verir ki, rəsmilər yaralılardan 10-nun vəziyyətinin ağır olduğunu bildirib.

Səlahiyyətlilər ölənlərin sayının artmasından narahatdır.

***

Pakistanın Pişəvər şəhərində məsciddə törədilən partlayış nəticəsində 17 nəfər ölüb, 90-dan çox insan yaralanıb.

Redaktor.az “Geo TV”yə istinadən xəbər verir ki, bu barədə yerli polis məlumat yayıb.

***

Pakistanın Pişəvər şəhərində məsciddə terror hücumu baş verib.

Redaktor.az "RİA Novosti"yə istinadən xəbər verir ki, terrorçu-kamikadze məscidə gələrək özünü partladıb.

Hadisə nəticəsində azı 2 nəfər həyatını itirib, daha 70 nəfər isə yaralanıb.

Hadisə ilə bağlı araşdırma aparılır. Terror hücumuna görə məsuliyyəti hələlik heç bir qruplaşma üzərinə götürməyib.

***

Pakistanın Pişəvər şəhərində məscidlərdən birində törədilən partlayış nəticəsində çoxunun vəziyyəti ağır olmaqla 90 nəfər yaralanıb.

Redaktor.az “Reuters”ə istinadən xəbər verir ki, bu barədə yerli polis idarəsinin məsul əməkdaşı Sikander Xan bildirib.

Onun sözlərinə görə, partlayıcı qurğu namaz zamanı baş verib.

"Binanın bir hissəsi dağılıb və daha bir neçə nəfərin altında olduğu güman edilir", - Xan əlavə edib.

Pişəvərdəki "Lady Reading" xəstəxanasının sözçüsü Məhəmməd Asim 90 yaralının qəbul edildiyini, bəzilərinin vəziyyətinin ağır olduğunu bildirib.

Həmidə İbrahimova