"Rusiya ilə NATO arasında heç bir substantiv təmas yoxdur" - Peskov

 14:30 30.01.2023     244

Hazırda Rusiya ilə NATO arasında heç bir substantiv təmas yoxdur, üstəlik, bir vaxtlar Şimali Atlantika Alyansı özü də dialoqu kəsib.

Redaktor.az TASS-a istinadla xəbər verir ki, bu barədə bazar ertəsi jurnalistlərə Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.

"NATO və təmaslara gəlincə, belə təmaslar yoxdur. Bilirsiniz ki, əslində NATO vaxtilə ölkəmizlə hər hansı substantiv əlaqəni dayandırıb. Ona görə də hazırda belə təmaslardan danışmaq çox çətindir" - Peskov Rusiya ilə NATO arasında birbaşa qarşıdurma riskləri barədə danışıq fonunda Kremlin alyansla yüksək səviyyədə təmaslara ehtiyac görüb-görməməsi sualını cavablandırarkən deyib.

Turan İSMAYIL