ABŞ səfirliyi İstanbuldakı kilsələrə və diplomatik nümayəndəliklərə xəbərdarlıq etdi
ABŞ-ın Türkiyədəki səfirliyi bu ölkədəki amerikalılara İstanbulda kilsə, sinaqoq və diplomatik nümayəndəliklərə mümkün hücumlar barədə xəbərdarlıq edib.
Redaktor.az "İnterfaks"a istinadla xəbər verir ki, Qərbdən gələn qonaqların tez-tez gəldiyi İstanbulda, xüsusilə Beyoğlu, Qalata, Taksim və İstiqlal bölgələrində bu və digər təşkilatlara qarşı terror hücumları tezliklə həyata keçirilə bilər.
Qeyd olunur ki, ABŞ administrasiyası həmvətənlərini böyük izdihamdan çəkinməyə, Qərb ölkələrindən gələn qonaqların vaxt keçirdikləri ərazilərdə ayıq-sayıq olmağa, təmkinli davranmağa və yerli medianın məlumatlarına əməl etməyə çağırır.
Diplomatların sözlərinə görə, hazırda Türkiyə hakimiyyəti hücumlar hazırlaya biləcək şəxsləri müəyyən etməyə çalışır.
Yanvarın 27-də Ankaradakı bir sıra səfirliklər, o cümlədən ABŞ, Almaniya, Fransa və İtaliya səfirlikləri İsveç, Hollandiya və Danimarkada Quranların açıq şəkildə yandırılmasından sonra ibadət yerlərinə hücumların mümkünlüyü ilə bağlı təhlükəsizlik xəbərdarlığı edib.
Ötən şənbə günü Türkiyə hökuməti öz vətəndaşlarını ABŞ və Avropada "islamafobiya, ksenofobiya və irqçiliyin mümkün təzahürləri"nə qarşı xəbərdar edib.
Həmidə İbrahimova