"Terrorçunun bu hərəkətini bağışlamayacağam” - Kadırov

 16:07 30.01.2023     456

Çeçenistanın rəhbəri Ramzan Kadırov Quranı açıq şəkildə yandıran Danimarkanın ifrat sağçı “Sərt kurs” partiyasının lideri Rasmus Paludanı müsəlmanları təxribata çəkmək üçün bəhanə axtaran dini terrorçu adlandırıb.

Redaktor.az TASS-a istinadla xəbər verir ki, o, bu barədə Teleqram kanalında yazıb.

“Mən öz müraciətimdə çox şeyi bağışlayardım, amma dünyadakı 1,5 milyard müsəlman kimi, dini terrorçunun bu hərəkətini bağışlamayacağam” – deyən Kadırov qeyd edib ki, Paludan Quranın yandırılması ilə aksiyanı ona "həsr edib".

Çeçenistan lideri bu cür hərəkətlərə yol verən orqanlara da müraciət edib:

"Niyə siz bunun təxribat olduğunu və bunun ardınca qayğıkeş müsəlmanların ədalətli reaksiyası ilə nəticələnəcəyini yaxşı bilə-bilə buna icazə verirsiniz?"

Qeyd edək ki, Paludan aksiyalarını yanvarın 21-də Stokholmda, 27-də isə Kopenhagendə keçirib. Bu aksiyalardan biri də Rusiyanın Danimarkadakı səfirliyinin konsulluq şöbəsinin binası qarşısında keçirilib. Səfirlik Paludanın hərəkətlərini pisləyib və onları küfr adlandırıb.

Turan İSMAYIL

Vumart və Güvən reklamı Vumart Güvən