"Rusiya İrana hücumları təhlil edir" - Peskov

 17:11 30.01.2023     354

"Rusiyanın səlahiyyətli xidmətləri həftə sonu İran ərazisinə endirilən zərbələr barədə məlumatları təhlil edir".

Redaktor.az "İnterfaks"a istinadla xəbər verir ki, bunu Rusiya Federasiyası prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

"Lakin istənilən halda, suveren dövlətə qarşı yönəlmiş belə hərəkətləri qınamaq olar",- deyə Peskov əlavə edib.

Qeyd edək ki, yanvarın 29-na keçən gecə İranın İsfahan əyalətində yerləşən müdafiə müəssisələrindən birinə hücum edilib.

İranın Müdafiə və Silahlı Qüvvələrə Dəstək Nazirliyindən verilən açıqlamaya görə, müdafiə sistemləri ilə hücum nəticəsində xəsarət alan olmayıb.

Həmidə İbrahimova