Zelenski Danimarkanın baş naziri ilə Nikolayevdə görüşdü

 17:18 30.01.2023     275

Ukrayna Prezidenti Volodimir Zelenski ölkənin cənubundakı Nikolayev vilayətinə səfər edib, Danimarkanın baş naziri Mette Frederiksen ilə görüşüb.

Redaktor.az xəbər verir ki, bu barədə Zelenski öz Teleqram kanalında yazıb.

Səfər zamanı o, regiondakı mövcud vəziyyətlə bağlı müşavirə keçirib.

Volodimir Zelenski Nikolayev vilayətinə işgüzar səfəri zamanı vilayət rəhbərliyi, qoşunların əməliyyat qrupunun Xerson komandanlığı, eləcə də vilayət başçıları ilə görüş keçirib. 

İştirakçılar Ukraynanın cənubundakı əməliyyat vəziyyəti, hava zərbələrinin nəticələrini müzakirə ediblər. “Bu kontekstdə regionun enerji infrastrukturunun hazırkı vəziyyəti, onun mühafizə vasitələri və yenilənmə tempi məsələləri nəzərdən keçirilib”, - deyə Zelenskinin ofisindən bildirilib.

Zelenski həmçinin öz Teleqram kanalında bu gün Nikolayevdə Danimarkanın baş naziri ilə görüşdüyünü və onunla birlikdə hərbi xəstəxanalardan birinə baş çəkdiyini bildirib. Daha əvvəl Ukrayna lideri məlumat vermişdi ki, Danimarka Nikolayev vilayətinin bərpası üçün yardım və yardım göstərilməsini öz üzərinə götürmək qərarına gəlib.

Turan İSMAYIL