İrana qarşı yeni sanksiyalar tətbiq edildi 

 23:53 30.01.2023     360

Avropa İttifaqı İranın pilotsuz uçuş aparatları (PUA) istehsal edən dövlət korporasiyasına qarşı sanksiya tətbiq edib

Redaktor.az xəbər verir ki, bu barədə Aİ-nin rəsmi jurnalında məlumat verilib.

Sanksiya HESA adlı dövlət şirkətinə təsir edib və yanvarın 30-da qüvvəyə minib.

Sənəddə qeyd olunur ki, HESA İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) üçün pilotsuz uçuş aparatları istehsal edir. Həmçinin, Aİ-nin məlumatına görə, HESA sistemləri Rusiya tərəfindən Ukrayna ilə hərbi münaqişədə istifadə olunur.