Pakistanda partlayışda ölənlərin sayı artdı - YENİLƏNİB

 10:19 31.01.2023     517

Pakistanın Peşavar şəhərində yerləşən məsciddə baş verən partlayış nəticəsində ölənlərin sayı 90 nəfərə çatıb.

Redaktor.az xarici KİV-ə istinadən xəbər verir ki, 200-dən çox insan xəsarət alıb.

Bir neçə nəfərin durumu ağır olaraq qalır, yaralıların müalicəsi isə davam etdirilir.

Xatırladaq ki, yanvarın 30-da Pakistanın şimal-qərbində, Peşavar şəhərində yerləşən məsciddə terror aktı baş verib. Məlumata görə, polis və hərbçilər də daxil olmaqla insanların sıx olduğu məsciddə günorta namazı zamanı kamikadze partlayıcı qurğunu işə salıb.

Hadisə yerində xilasetmə əməliyyatı davam edir və qurbanların sayı arta bilər.

Terrora görə məsuliyyəti “Təhrik-e-Taliban Pakistan” terror təşkilatı öz üzərinə götürüb.

***

Pakistanın şimal-qərbindəki Pişəvər şəhərində məsciddə baş verən partlayış nəticəsində ölənlərin sayı 72 nəfərə çatıb.

Redaktor.az TASS-a istinadla bildirir ki, daha 150 nəfərin yaralandığı qeyd edilir.

Ölkənin milli təhlükəsizlik rəsmilərinin məlumatına görə, kamikadze polis və hərbçilər də daxil olmaqla insanların sıx olduğu məsciddə günorta namazı zamanı partlayıcı qurğunu işə salıb.

Hadisə yerində xilasetmə əməliyyatı davam edir və qurbanların sayı arta bilər.

Partlayış zamanı məsciddə 500-ə qədər adamın olması istisna edilmir.

Hücuma görə məsuliyyəti “Tehreek-e-Taliban Pakistan” təşkilatı öz üzərinə götürüb.

Tunar Altunbay