Ermənistan parlamentinin aparat rəhbəri istefa verəcək

 11:02 31.01.2023     377

Ermənistan parlamentinin aparat rəhbəri Vaan Naribekyan yaxın günlərdə istefa verəcək.

Redaktor.az xəbər verir ki, bu barədə çərşənbə axşamı “Joqovurd” qəzeti yazıb.

Nəşr daha əvvəl xəbər verib ki, parlamentin hakim “Mülki müqavilə” fraksiyası yanvarın 30-da bağlı qapılar arxasında iclas keçirib.

Qeyd olunub ki, iclasın əsas müzakirə mövzusu fraksiya rəhbəri Hayk Konjoryan, fraksiya katibi Artur Ovannisyanın və onların köməkçilərinin təşəbbüsü olub.

Qəzetin yazdığına görə, hakim fraksiyadan olan deputatların köməkçiləri Milli Assambleyanın sədri Alen Simonyan və Aparat rəhbəri Vahan Naribekyandan mükafat tələb ediblər. Lakin, qanuna görə, mükafatlar yalnız dövlət qulluqçularına verilir.

Deputatlar Konjoryan və Hovhannisyan öz qarşılarına bu mükafatları nəyin bahasına olursa-olsun almaq vəzifəsi qoyublar, əks halda Baş Qərargah rəisinin və onun komandasının getməli olduğu şərtini irəli sürüblər.

Nəticədə qapalı keçirilən iclasda deputat köməkçilərinə mükafatların verilməməsi, mövzunun bağlanması, parlamentin aparat rəhbərinin işdən çıxarılması qərara alınıb.

Tunar Altunbay