Putin Gerasimovu nazir müavini təyin etdi

 14:48 31.01.2023     351

Rusiya Prezidenti Vladimir Putin Anton Gerasimovun Fövqəladə Hallar Nazirliyinin nazir müavini təyin edilməsi haqqında sərəncam imzalayıb.

Redaktor.az TASS-a istinadla xəbər verir ki, sənədin mətni çərşənbə axşamı hüquqi informasiya portalında dərc olunub.

“Anton Andreeviç Gerasimov Rusiya Federasiyasının mülki müdafiə, fövqəladə hallar və təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması nazirinin müavini təyin edilsin”, - sərəncamda deyilir.

Turan İSMAYIL