“Tələblərimiz yerinə yetirilməyənə qədər onların NATO üzvlüyünə “hə” deyə bilmərik" - Çavuşoğlu

 15:01 31.01.2023     301

Türkiyə hakimiyyəti Ankaranın üçtərəfli memorandumda nəzərdə tutulan tələblərini yerinə yetirməyənə qədər İsveç və Finlandiyanın NATO-ya daxil olmasına razı olmayacaq.

Redaktor.az TASS-a istinadla xəbər verir ki, bunu çərşənbə axşamı Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

“Tələblərimiz yerinə yetirilməyənə qədər onların NATO üzvlüyünə “hə” deyə bilmərik. Parlament hazırkı reallıqda bu protokolu ratifikasiya etmir. NATO-nun yaradılması ideyası bloka üzv ölkələrin təhlükəsizliyinin təmin edilməsinə əsaslanır. Namizəd ölkələr Ankaranın bu sahədə mövqeyini nəzərə almağa borcludurlar”, - deyə o vurğulayıb.

Çavuşoğlunun sözlərinə görə, Stokholm öz öhdəliklərini yerinə yetirdikdə Türkiyə İsveçlə NATO-ya üzvlüklə bağlı danışıqlara qayıtmağa hazırdır.

Qeyd edək ki, Türkiyə hazırda NATO-ya üzv olmaq üçün İsveçdənsə, daha çox Finlandiyanın namizədliyinə müsbət yanaşır.

Turan İSMAYIL