Rusiyada 93 gizli silah sexi AŞKARLANDI
Rusiya Federal Təhqiqatlar Bürosu (FTB) iki ay ərzində Rusiya Federasiyasının 38 regionunda 93 qeyri-qanuni gizli silah sexi aşkar edib, onlardan 250-dən çox silah ələ keçirilib.
Redaktor.az "TASS"a istinadla xəbər verir ki, bu barədə FTB-nin İctimaiyyətlə Əlaqələr Mərkəzindən məlumat verilib.
Qeyd olunur ki, yerli və xarici istehsal olan 253 odlu silah qeyri-qanuni dövriyyədən çıxarılıb, silahların müasirləşdirilməsi və döyüş sursatı istehsalı üzrə 38 gizli sexin fəaliyyəti dayandırılıb.
Həmidə İbrahimova