Rusiya və Belarus birgə hərbi təlim mərkəzləri yaradacaq - Putin İMZALADI

 15:48 31.01.2023     396

Rusiya Prezidenti Vladimir Putin Belarusla hərbçilərin birgə hazırlığı üçün döyüş hazırlığı mərkəzlərinin yaradılmasına dair saziş imzalamağı əmr edib.

Redaktor.az "Komsomolskaya pravda"ya istinadla xəbər verir ki, dövlət başçısının bu sərəncamı yanvarın 31-də hüquqi informasiya portalında dərc olunub.

Xarici İşlər Nazirliyi ilə birlikdə Müdafiə Nazirliyinə də müvafiq göstəriş verilib ki, bu qurumlar Minsklə danışıqlar aparmalı və sözügedən sazişi imzalamalıdır.

Xatırladaq ki, 2023-cü il yanvarın 16-dan fevralın 1-dək Rusiya və Belarus birgə taktiki uçuş təlimləri keçirəcək.

Turan İSMAYIL