Macarıstan Nobel mükafatına Ərdoğanın namizədliyini irəli sürdü

 16:12 31.01.2023     328

Macarıstan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Ukraynadakı münaqişənin həlli səylərində vasitəçilik etdiyinə görə Nobel Sülh Mükafatına namizədliyini irəli sürməyi təklif edir.

Redaktor.az xəbər verir ki, bu barədə Macarıstan xarici işlər naziri Peter Szijarto Budapeştdə türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə görüşdən sonra mətbuat konfransında bildirib.

Szijarto qeyd edib ki, Türkiyə Ukraynadakı problemi həll etmək üçün indiyə qədər danışıqlarda uğurla vasitəçilik edən yeganə ölkədir.

Macarıstanlı nazir xatırladıb ki, prezident Ərdoğan və nazir Çavuşoğlunun səyləri sayəsində “taxıl müqaviləsi əldə olunub”.

Bu səbəbdən o, Macarıstanın Türkiyə liderinin Nobel Sülh Mükafatına namizədliyinin irəli sürülməsi təşəbbüsünü dəstəklədiyini bəyan edib.

Tunar Altunbay