Yaponiya ilə NATO Rusiya və Çin arasında hərbi əməkdaşlıqdan narahatdır
Yaponiya və NATO Rusiya və Çin arasında artan hərbi əməkdaşlıqdan narahatdırlar.
Redaktor.az xəbər verir ki, bu barədə çərşənbə axşamı Yaponiyanın baş naziri Fumio Kişida ilə Alyansın baş katibi Yens Stoltenberqin görüşündən sonra qəbul edilmiş birgə bəyanatda deyilir.
“Biz Rusiya və Çin arasında artan hərbi əməkdaşlığı, o cümlədən Yaponiya yaxınlığında birgə əməliyyatlar və təlimləri narahatlıqla qeyd edirik”, - sənəddə deyilir.
Birgə bəyanatda Kişida və Stoltenberq, həmçinin Ukraynadakı vəziyyətlə bağlı Rusiya Federasiyasına qarşı tənqidlərini təkrarlayıblar, həmçinin Çini Asiya regionunda hərbi fəaliyyətinə görə tənqid ediblər və “status-kvonun güc və ya məcburiyyət yolu ilə birtərəfli qaydada dəyişdirilməsinə” qarşı çıxıblar.
Rusiya və Çin arasında əməkdaşlığın yaxınlaşması ilə bağlı narahatlıq mövqeyi NATO və Yaponiyanın əsas sənədlərinin yenilənmiş versiyalarında - keçən ilin iyununda qəbul edilmiş Alyansın Strateji Konsepsiyasında və ötən ilin dekabrında təsdiqlənmiş Yaponiyanın Milli Təhlükəsizlik Strategiyasında öz əksini tapıb.
Birgə bəyanatda Kisida və Stoltenberq qarşılıqlı olaraq bu sənədlərin qəbulunu alqışlayıblar və alyans “müdafiə qabiliyyətinin əsaslı artırılması”nı dəstəklədiyini bildirib.
Tunar Altunbay