İranı vuran PUA-ların hansı ölkəyə aid olduğu müəyyən edildi
İranın təhlükəsizlik qüvvələri İsfahan şəhərində respublikanın Müdafiə Nazirliyinin obyektlərinə hücum edən pilotsuz uçuş aparatlarının (PUA) istehsalçısını müəyyən ediblər.
Redaktor.az "Komsomolskaya pravda"ya istinadla xəbər verir ki, bu barədə ölkənin Ali Milli Təhlükəsizlik Şurasındakı mənbələr bildiriblər.
İSNA agentliyinin məlumatına görə, pilotsuz təyyarələrdən birinin hissələrinin texniki müayinəsi təhlükəsizlik qüvvələrinə “dəyərli məlumat” verib və pilotsuz təyyarələrin istehsalçısını dəqiq müəyyənləşdirib. PUA-nı istehsal edən şirkətin adı isə verilmir.
Xatırladaq ki, 2023-cü il yanvarın 28-də İRNA agentliyi İranın mərkəzi hissəsindəki İsfahan şəhərində güclü partlayışın baş verdiyini bildirmişdi. Qeyd edildiyi kimi, partlayış İslam Respublikası Müdafiə Nazirliyinin müəssisələrindən birinin silah-sursat anbarında olub.
İsfahan administrasiyası partlayış nəticəsində itkilərin olmadığını açıqlayıb. Daha sonra İran Müdafiə Nazirliyi partlayışın pilotsuz təyyarənin uğursuz hücumu nəticəsində baş verdiyini qeyd edib.
Turan İSMAYIL