Niderland İstanbuldakı konsulluğunu bağladı

 19:31 31.01.2023     298

Niderland Türkiyənin İstanbul şəhərindəki baş konsulluğunun müvəqqəti olaraq bağlandığını açıqlayıb.

Redaktor.az yerli mediaya istinadla xəbər verir ki, bu barədə Niderlandın İstanbuldakı Baş Konsulluğunun Tviter hesabında paylaşılıb.

Qərarın bölgədə baş verə biləcək etirazlar və qərb hədəflərinə artan təhdid səbəbi ilə verildiyi bildirilib.

Belə ki, viza kimi əməliyyatların mümkün olduğu qədər onlayn şəkildə davam etdiriləcəyi vurğulanıb.

T.İSMAYIL