Blinken İsrail hakimiyyəti ilə İran və Rusiya arasında hərbi əməkdaşlığı müzakirə etdi

 20:09 31.01.2023     280

ABŞ dövlət katibi Entoni Blinken İsrail rəsmiləri ilə Rusiya-İran hərbi-texniki əməkdaşlığını, eləcə də Ukraynaya dəstək verməsini müzakirə edib.

Redaktor.az xəbər verir ki, bu barədə ABŞ diplomatiyasının rəhbəri rəsmi səfərdə olduğu Qüdsdə keçirdiyi mətbuat konfransında danışıb.

Onun sözlərinə görə, tərəflər İranın sabitliyi pozan hərəkətlərinə müqavimət göstərmək və onlara qarşı çıxmaq üçün əməkdaşlığın dərinləşdirilməsini müzakirə ediblər.

Blinken İsrail rəsmiləri ilə Tehranın Moskva ilə artan əlaqələri və onların mübadilə etdikləri müasir silahlar və Ukraynanın humanitar, iqtisadi, təhlükəsizliklə bağlı bütün ehtiyaclarını təmin etmək üçün dəstəyin göstərilməsinin vacibliyini müzakirə etdiyini qeyd edib.

Tunar Altunbay