Ukraynadakı rus hərbçilərin sayı açıqlandı

 22:06 31.01.2023     299

Hazırda Ukraynada Rusiya ordusunun 326 min hərbçisi döyüşür.

Redaktor.az xəbər verir ki, bunu Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəhbəri Kirill Budanov "The Washington Post"a müsahibəsində bildirib.

O qeyd edib ki, Rusiya bu il əsas diqqətini Donetsk və Luqansk vilayətlərində daha çox ərazinin işğalına yönəldəcək.

Budanovun sözlərinə görə, Rusiyanın uzaqmənzilli “Kalibr” raket ehtiyatının cəmi 9 faizi qalıb.