Qazaxıstan Rusiyadakı ticarət nümayəndəliyini bağlayır

 16:04 01.02.2023     303

Qazaxıstan hakimiyyəti respublikanın Rusiyadakı ticarət nümayəndəliyinin bağlanması məsələsini müzakirə edir.

Redaktor.az "Komsomolskaya pravda"ya istinadla xəbər verir ki, bu, hökumətin fərmanından irəli gəlir.

Qazaxıstanın Ticarət və İnteqrasiya Nazirliyinə Respublika Maliyyə Nazirliyinin Dövlət Əmlak və Özəlləşdirmə Komitəsi ilə birlikdə Rusiyadakı ticarət nümayəndəliyinin bağlanması barədə qanun layihəsinin ictimai müzakirəsi üçün “bu qərardan irəli gələn” tədbirlər görmək tapşırılıb.

“Qazaxıstan Respublikasının Ticarət və İnteqrasiya Nazirliyinin “Qazaxıstan Respublikasının Rusiya Federasiyasındakı Ticarət Nümayəndəliyi” dövlət qurumu ləğv edilsin”, - qanun layihəsində deyilir.

Qəbul üçün əsaslar arasında Qazaxıstan baş nazirinin 24 yanvar 2023-cü il tarixli göstərişi var, lakin onun məzmunu göstərilmir.

Qanun layihəsinin ictimai müzakirəsi iki həftə davam etməlidir.

Turan İSMAYIL