Ukraynanın keçmiş erməni naziri axtarışa verildi

 17:21 01.02.2023     426

Ukraynanın sabiq daxili işlər naziri Arsen Avakov axtarışa verilib.

Redaktor.az UNIAN-a istinadla xəbər verir ki, bu barədə sabiq nazirin özü bildirib.

Nazirin sözlərin görə, axtarışda olmasının səbəbi, Brovarıda baş verən helikopter qəzası ilə əlaqəlidir.

Qeyd edək ki, sözügedən helikopter qəzası yanvarın 18-də Ukraynanın paytaxtı Kiyevdə baş verib.

Helikopterin uşaq bağçasına çırpılması nəticəsində Ukraynanın daxili işlər naziri Denis Monastırski, onun müavini Yevgeni Yenin və Daxili İşlər Nazirliyinin dövlət katibi Lubkoviç həlak olub.

Tunar Altunbay