Daha bir ölkə Qolodomoru soyqırımı kimi tanıdı
Bolqarıstan parlamenti Qolodomor hadisələrini Ukrayna xalqına qarşı soyqırımı kimi tanıyıb.
Redaktor.az UNİAN-a istinadla bildirir ki, xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski "Twitter"də bildirib.
"Bolqarıstan parlamentinə 1932-1933-cü illər Qolodomorunu Ukrayna xalqına qarşı soyqırımı aktı kimi tanıdığı üçün minnətdaram. Bu addım milyonlarla Qolodomor qurbanının xatirəsini yad edir və tarixi ədaləti bərpa edir. Bolqarıstanın həmrəylik jesti Ukraynada həmişə xatırlanacaq", - Zelenski qeyd edib.
Tunar Altunbay