Ukraynaya silah tədarükü sülh yolu ilə nizamlanmaya şərait yarada bilər - NATO rəhbəri

 20:26 01.02.2023     357

Şimali Atlantika Alyansının (NATO) baş katibi Yens Stoltenberq bildirib ki, Kiyevə silah tədarükü gələcəkdə Ukrayna böhranının sülh yolu ilə həllinə şərait yarada bilər.

Redaktor.az xarici mediaya istinadla xəbər verir ki, onun fikrincə, Ukrayna münaqişəsini danışıqlar yolu ilə həll etmək və Ukraynanı suveren və müstəqil dövlət kimi saxlamaq üçün Kiyevə hərbi yardım göstərilməlidir.

NATO-nun baş katibi Nikkei qəzetinə deyib: "Bu gün çatdırılan silahlar sabah sülh yolu ilə həll üçün zəmin yarada bilər".

Xatırladaq ki, Stoltenberq daha əvvəl də Ukraynaya hərbi dəstəyi artırmağa çağırmışdı. 

Turan ASLAN