Ermənistanda ehtiyatda olan hərbçilər təlimə çağırılacaq

 20:34 01.02.2023     470

Ermənistan Müdafiə Nazirliyi 2023-cü il martın 1-dən mayın 12-dək 3281 ehtiyatda olan hərbçinin təlim-məşq toplanışlarını keçirməyi planlaşdırır.

Redaktor.az xəbər verir ki, Müdafiə Nazirliyinin mətbuat xidmətindən "news.am"a verilən məlumata görə, təlim-məşq toplanışında raket-artilleriya silahları və əlahiddə ümumqoşun birləşmələrinin mütəxəssisləri iştirak edəcək.

Qeyd olunub ki, hər bir vətəndaş 25 təqvim günündən çox olmayan müddətə yığıma cəlb olunacaq.

Turan İSMAYIL

Vumart və Güvən reklamı Vumart Güvən