"Gürcüstan hakimiyyəti Saakaşvilini yavaş-yavaş öldürür" - Zelenski - VİDEO

 21:54 01.02.2023     349

"Gürcüstan hakimiyyəti eks-prezident və Ukrayna vətəndaşı Mixail Saakaşvilini yavaş-yavaş öldürür".

Redaktor.az xəbər verir ki, bunu prezident Volodimir Zelenski Avstriya prezidenti Aleksandr Van der Bellenlə birgə mətbuat konfransında deyib.

Ukrayna prezidenti mətbuat konfransından əvvəl ona Saakaşvilinin hansı vəziyyətdə olduğunu göstərən fotoşəkillərin verildiyini paylaşıb.

"Bir vaxtlar o, Gürcüstanın prezidenti olub. Mixail Saakaşvili. Fotoşəkilləri David Araxamia verib. İstərdim ki, onun necə göründüyünü görəsiniz. İnanıram ki, Gürcüstan hökuməti onu zəhərləyib və indi də onu yavaş-yavaş öldürürlər”, - Zelenski deyib.

O qeyd edib ki, Ukrayna müəyyən daxili məsələlərə böyük hörmətlə yanaşır , lakin Saakaşviliyə qarşı bu cür münasibətə anlaşılmazdır.

Saakaşvilinin özü fevralın 1-də keçirilən məhkəmə iclasında videobağlantı vasitəsilə onun necə dəhşətli vəziyyətdə olduğunu göstərib.

Məhkəmədə o, Ukraynanın Rusiya Federasiyası üzərində qələbəsinə tam əmin olduğunu bildirib.

“Müharibədə qələbəmizə tam əminəm, amma qələbəni görmək üçün yaşaya bilməsəm, bu, çox yaxındır, mənim ürəyim Kiyevdə dəfn edilməlidir, o, Ukraynaya məxsusdur”, - Saakaşvili vəsiyyətini edib.

Tunar Altunbay