Ədliyyə Nazirliyi Baydenin evində axtarış nəticəsini AÇIQLADI

 22:04 01.02.2023     339

ABŞ Ədliyyə Nazirliyinin nümayəndələri prezident Co Baydenin Rehoboth Beach (Delaware) şəhərindəki şəxsi evinə baxış keçirib, orada heç bir məxfi sənəd aşkar edilməyib.

Redaktor.az xəbər verir ki, bu barədə çərşənbə günü Amerika liderinin vəkili Bob Bauer məlumat verib.

"ABŞ Ədliyyə Departamenti tərəfindən planlaşdırılan "Rehoboth Beach"də prezident iqamətgahında aparılan yoxlama başa çatıb. "Məxfi" qeyd olunan heç bir sənəd tapılmayıb", - o, yayımladığı bəyanatda bildirib.

Bu barədə öz "Twitter" səhifəsində "CNN" jurnalisti Fil Metinqli yazıb.

Tunar Altunbay