BMT Təhlükəsizlik Şurası Ukrayna ilə bağlı iclas keçirəcək

 22:24 01.02.2023     293

BMT Təhlükəsizlik Şurası (TŞ) fevralın 24-də Ukrayna ilə bağlı iclas keçirəcək. Bu barədə dünya təşkilatının bu qurumunun çərşənbə günü yaydığı bu ay iş proqramında deyilir.

Redaktor.az xəbər verir ki, iclasın mövzusu “Ukraynada sülhün və təhlükəsizliyin qorunması” olaraq təyin olunub.

Digər təfərrüatlar, o cümlədən iştirakçıların tərkibi barədə məlumat verilmir.

Malta fevral ayında BMT Təhlükəsizlik Şurasının sədridir.

Tunar Altunbay