Zelenski Saakaşvilinin vəziyyətindən DANIŞDI
Gürcüstan hakimiyyəti ölkənin eks-prezidenti və Ukrayna vətəndaşı Mixail Saakaşvilini yavaş-yavaş öldürür.
Redaktor.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Avstriya prezidenti Aleksandr Van der Bellenlə birgə mətbuat konfransında deyib. Zelenski Saakaşvilinin fotoşəkillərini göstərib.
"Bir vaxtlar o, Gürcüstanın prezidenti olub. Mixail Saakaşvili. İstərdim ki, onun necə göründüyünə baxasınız. Bilirsiniz ki, onlar Saakaşvilini zəhərləyiblər və indi onu yavaş-yavaş öldürürlər”, - Zelenski bildirib.
O qeyd edib ki, Ukrayna müəyyən daxili məsələlərə böyük hörmətlə yanaşır, lakin Saakaşviliyə qarşı bu cür münasibət anlaşılmazdır.
Saakaşvili fevralın 1-də keçirilən məhkəmədə videobağlantı vasitəsilə iştirak edib. O, Ukraynanın Rusiya Federasiyası üzərində qələbə qazanacağına əmin olduğunu bildirib.
“Müharibədə qələbəmizə tam əminəm, qələbəni görəcək qədər yaşaya bilməsəm, mənim ürəyim Kiyevdə dəfn edilməlidir, o, Ukraynaya məxsusdur”, - Saakaşvili bildirib.