Meksikada aksiyaçılar bələdiyyə sədrini qaçırdı

 10:00 02.02.2023     252

Meksikanın Puebla ştatında bir qrup etirazçı bələdiyyə sədrini və bir neçə nümayəndəni qaçırıb.

Redaktor.az “NTV”yə istinadən xəbər verir ki, 100-ə yaxın şəxs ştatın Tepeyahualco bölgəsində baş verən meşə yanğınına bələdiyyənin kifayət qədər müdaxilə etməməsinə etiraz olaraq bələdiyyə binasının önündə toplaşıb. 

Onların sözlərinə görə, yanğına uzun müddət müdaxilə edilməyib və onlar rəsmi şəxslərdən bununla bağlı açıqlama tələb ediblər. Saatlar sonra Tepeyahualconun bələdiyyə sədri Monika Martinez və bir neçə bələdiyyə üzvü etirazçılarla görüşüb. Görüş zamanı tərəflər arasında razılaşma baş tutmadıqda etirazçılar arasından 30 nəfərlik bir qrup bələdiyyə sədrini və bələdiyyə üzvlərini qaçırıb.

Sözügedən şəxslərin istefasını tələb edən etirazçılar tələbləri yerinə yetirilməsə həmin şəxsləri yandıraraq öldürəcəklərini bildiriblər. 

Polis əməliyyat keçirərək qaçırılan rəsmilərin azad ediləcəyini açıqlayıb.

Tunar Altunbay